İşləyən xanımlar üçün ofis dəbi

İşləyən xanımlar üçün ofis dəbi
20:42 4 Yanvar 2015
424 Maraqlı
Ölkə mətbuatı
A- A+

İş hər birimizin həyatında ən önəmli yeri tutur. Bir çoxlarımız evdən çox ofisdə vaxt keçiririk. İşə gedərkən geyindiklərimizə diqqət edirik. Amma buna baxmayaraq, ofis dəbi digərlərindən fərqlənir.
 
Milli.Az axşam.az-a istinadən çalışan xanımlara ofisdə geyinə biləcəkləri libasları təqdim edir:
 
İlk növbədə qarderobunuzda ağ və düyməli köynəklərə yer verin. Ağ, klassik stilli koftaları bej rənglilərlə də əvəzləyə bilərsiniz.
 
Ofisdə çalışan hər bir xanım qısa, qara və sadə görünüşlü libas almalıdır. Bu libası iclas olan günlər geyinin.
 
Rahatlığı sevənlər sadə, beli yuxarıdan olan şalvar seçsin. Qara rəngli, xırda düyməli klassik şalvar xanımları daha ciddi və işgüzar obraza salacaq.
 
Əgər ətək geyinməyi sevirsinizsə, çalışın qarderobunuza "karandaş ətək" deyilən modeldən daxil edin. Belə stil sizin ciddi işgüzar xanım obrazınıza rəng qatacaq.
 
Geyimlərinizin daha dəbdəbəli görünməsi üçün hündürdaban ayaqqabı vacibdir. Burada isə qara, bej və qəhvə rənginə üstünlük verin.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR