"Əvvəllər incəsənəti əsl peşəkarlar, musiqini, ifaçılığı anlayanlar idarə edirdilər. Ona görə də sənətdə iddiaçılıq nümunələri artırdı ki, azalmırdı".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri əməkdart artist Aybəniz Haşımova sosial şəbəkədə qeyd edib.
Müğənni bildirib ki, onun adından lazım olan ünvana yalan məlumat veriblər:
"İndi musiqidə yanlarındakı səssiz sülöysünləri ortaya salmaq üçün monopoliyalar yaradıblar. Sənin adından lazım olan ünvanlara yalandan söz çatdırırlar.
Tərsinə ola bilər, səni gözdən salmaq üçün min dona girirlər. Yalanlarını deməmək üçün aid olduğun yerlərdən uzaqlaşdırırlar ki, birdən üzləşmə nəticəsində bütün yalanları üzə çıxa bilər. Ey sülöysünlər briqadasının baş sülöysünü, bir gün əfi ilanın caynağına keçərsən".
Milli.Az