ANS PRESS-in məlumatına görə, Çad gölü yaxınlığında Nigeriya ordusu terrorçular arasında sürən bir-neçə saatlıq döyüşdən sonra əsgərlər geri çəkilməli olublar.
Hərbi baza Nigeriya, Çad və Nigerin əsgərlərindən ibarət Beynəlxalq Birgə Əməliyyatlar Qrupu tərəfindən istifadə edilirdi.
Qeyd edək ki, "Boko Haram" yaraqlı qrupu Nigeriyada beş ildir hərbi əməliyyatları nəticəsində minlərlə insanın ölümündə günahlandırılır.