Nepalın mərkəzi hissəsində avtobus çaya aşıb, azı 20 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Himalayan Times" məlumat yayıb.
Məlumata görə, Qaur-Pokaru marşrutu ilə hərəkət edən avtobusda 39 nəfər olub. Sürücü və konduktor itkin düşüblər.
Milli.Az