Nigerdə terrorçular dəvələrdə əhaliyə hücum edərək 5 nəfəri öldürüblər
Paylaş
59 baxış·1 dəq oxu
Bakı. 4 sentyabr. REPORT.AZ/ Nigerdə "Boko Haram" terror qruplaşmasının üzvləri dəvələrin üzərində əhaliyə hücum edərək 5 yerli sakini qətlə yetiriblər. "Report" xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanları məlumat yayıb. Ekstremistlər Tumur yaşayış məntəqəsinə hücum ediblər.