"Report" xəbər verir ki, bu barədə yerli rəsmi şəxslərə istinadən "TOLO News" telekanalı məlumat yayıb.
"Khaama Press" agentliyinin məlumatına görə, qəza Kabil-Qəndəhar magistral yolunun Zabul əyalətindən keçən hissəsində yanacaq daşıyan avtosisternlə sərnişin avtobusunun toqquşması nəticəsində baş verib.
Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.