Azərbaycan millisi tarixində ilk dəfə seçmə mərhələyə qələbə və səfər xalı ilə başlayıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə tsiklinin ilk qarşılaşmasını səfərdə San-Marinoya qarşı keçirə yığmamız qələbə (1:0) qazanmaqla, ilklərə imza atıb.

AÇ-1996-dan etibarən beynəlxalq arenaya çıxan komandamız arxada qoyduğu 11 mərhələdən heç birinin ilk matçında qalib gəlməmişdi. Yığmamız 5 dünya və 6 qitə çempionatına vəsiqələr uğrunda mübarizələrin startında keçirdiyi 11 qarşılaşmadan 9-da uduzub və yalnız 2 dəfə heç-heçə etmişdi. San-Marinodakı qələbə 12-ci cəhddən sindromun qırılması ilə əlamətdar olub.

Bu, həm də startda qazanılan ilk səfər xalıdı. Belə ki, yığmamız əldə etdiyi hər iki heç-heçəyə Bakıda sevinmiş, rəqib meydanındakı ilk matçlarda isə yenilmişdi.

AÇ-1996
7 sentyabr 1994. Buxarest. AÇ. Rumıniya - Azərbaycan - 3:0 DÇ-1998
2 iyun 1996. Oslo. DÇ. Norveç - Azərbaycan - 5:0 AÇ-2000
5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya - Azərbaycan - 3:0
DÇ-2002
2 sentyabr 2000. Bakı. DÇ. Azərbaycan - İsveç - 0:1
AÇ-2004
7 sentyabr 2002. Bakı. AÇ. Azərbaycan - İtaliya - 0:2
DÇ-2006
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan - Uels - 1:1
AÇ-2008
2 sentyabr 2006. Belqrad. AÇ. Serbiya - Azərbaycan - 1:0
DÇ-2010
6 sentyabr 2008. Kardif. DÇ. Uels - Azərbaycan - 1:0
AÇ-2012
7 sentyabr 2010. Köln. AÇ. Almaniya - Azərbaycan - 6:1
DÇ-2014
7 sentyabr 2012. Bakı. DÇ. Azərbaycan - İsrail - 1:1
AÇ-2016
9 sentyabr 2014. Bakı. AÇ. Azərbaycan - Bolqarıstan - 1:2
DÇ-2018
4 sentyabr 2016. Serravalle. DÇ. San-Marino - Azərbaycan - 0:1

Milli.Az