Nigerdə baş verən daşqınlar nəticəsində 38 nəfər həlak olub, 92 min insan evsiz qalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, daşqınlar ölkənin əsas qərb hissəsindəki Tahua və Aqades rayonlarına ziyan vurub. Ümumilikdə 9 min ev dağılıb, 26 min baş mal-qara tələb olub.

Hökumət evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşları məktəblərdə və digər ictimai binalarda yerləşdirməyə çalışır.

Nigerdə mövsümi yağışların səbəb olduğu daşqınlar ölkə iqtisadiyyatına tez-tez ziyan vurur. Ötən il baş verən daşqınlar nəticəsində onlarla insan həlak olmuş, 103 mindən çox insan evsiz qalmışdı.

Milli.Az