Müğənni təyyarəni bir-birinə qatdı

Müğənni təyyarəni bir-birinə qatdı
10:41 5 Yanvar 2015
237 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin ən böyük sənətçilərindən biri hesab edilən Bülənt Ərsoy təyyarəni bir-birinə qatıb. ANS PRESS-in məlumatına görə, müğənni Antaliyadan İstanbula getmək üçün təyyarəyə minib.

Uçuş xəttində pilot sərnişinlərdən təhlükəsizlik kəmərlərini bağlamalarını xahiş edib. Lakin müğənni stüardessa və pilotun xəbərdarlıqlarını qulaqardı edib. O, israrla kəmərini taxmayacağını deyib. Bundan sonra pilot uçuşdan imtina edərək uçuş xəttindən geri qayıdıb.

Sərnişinlərin sərt reaksiyası və hava limanı əməkdaşlarının müdaxiləsindən sonra müğənni kəmərini bağlamağa razılıb verib. Onun ərköynlüyü təyyarənin düz 40 dəqiqə gec havaya qalxmasına səbəb olub.
B.Ərsoyun yaxın zamanda əməliyyat olduğunu əsas gətirərək kəməri bağlamaq istəmədiyi ehtimal edilir.

Mülki aviasiya qanunlarına görə, bir sərnişin belə kəmərini bağlamasa pilot təyyarəni havaya qaldıra bilməz.

Bu hadisədən sonra mənzil başına gecikən digər sərnişinlər ərizə yazaraq B.Ərsoydan şikayət ediblər.

Qeyd edək ki, bu B.Ərsoyun təyyarədə yatardığı ilk qalmaqal deyil. Belə ki, bundan öncə o stüardessaları tənqir etmişdi. Buna səbəb isə təyyarədə vəziyyəti pisləşən bir uşağın qaytarması olub.
“Uşaq zəhərləndiyi üçün torpaya qaytarır. Heç bir problem yoxdur" sözlərini eşidən müğənni stüardessaya "Səni burada döyərəm. Təyyarənin qapısını açdır. Uşaq orda qaytarsın", deyə o bağırıb.

Bir dəfə isə o təyyarədə kürkünü asmaq üçün asılqan istəyib. Asılqan olmadığını eşidəndə isə qışqıraraq "Bu kürkün neçəyə olduğunu bilirsinizmi? Kürk qatlanmaz" deyə dava salıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR