Teleaparıcı Vüsalə Şahvəliqızı da ATV-dən ayrılıb. O bu haqda Milli.Az-a açıqlama verib:

"Mən ATV-yə uzun müddətli işləmək üçün gəlməmişdim. Bunu mən də bilirdim, rəhbərlik də bilirdi. Sağ olsunlar, hər birinin xətri əzizdir. Mənə heç biri pis olmayıb. İnsan çörək yediyi yer haqqında pis danışa bilməz. Müqaviləm bitdi və mən ATV-dən ayrıldım. Mən özüm də "Hava" proqramı ilə kifayətlənən insan deyildim. Çünki "Hava" ikinci dərəcəli aparıcının işidir. Mən isə heç vaxt ikinci dərəcəli teleaparıcı olmamışam. Bu səbəblə Dünya TV-də işə başladım. Bu kanalda 2-3 dəfə qonaq olmuşdum və insanların bu kanala qarşı sevgisini görmüşdüm. Yeni işimdən və rəhbərliyimdən çox razıyam. Bundan sonra hər səhər saat 9-da "Bu sabah" verilişində canlı efirdə olacağam. Sözün düzü, canlı efir üçün, tok-şou üçün darıxmışdım. Mən də çalışacam ki, insanları bu verilişim vasitəsilə maarifləndirim".

Qeyd edək ki, Vüsalə Şahvəliqızı ATV-də "Hava" proqramına aparıcılıq edirdi.

Əli Rəhimoğlu

Milli.Az

Telekanaldan ayrılan aparıcı: "Hava ikinci dərəcəli teleaparıcıların işidir" - FOTO