8 müğənninin adı qayda pozuntusunda hallanır.
Bu azmış kimi onların cərimələri də ödəmədiyi bilidirilir. Mətbuatda yayılan iddialara görə, hətta bir çox müğənnilərin cərimə balları iyirmini ötüb.
Məsələn, müğənni Ayaz Qasımovun barəsində 113 protokol tərtib olunduğu və 6500 manat cəriməsinin olduğu bildirilir. Məsələni araşdırmaq üçün Ayaz Qasımovla əlaqə saxladıq. O, barəsindəki protokollardan xəbərsiz olduğunu, qaydanın pozulduğu avtomobili isə bir neçə il əvvəl etibarnamə əsasında satdığını dedi. Məhz bu səbəbdən də protokol onun ünvanına göndərilmir.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Manaf Ağayev isə yazılanların səhv olduğunu, onun adında 37 MMX-ya görə 930 manat cərimənin olmadığını deyir. Onun sözlərinə görə, deyilən kimi cərimə balı 20 balı ötmüş olsaydı idarə etdiyi nəqliyyat vasitəsi polislər tərəfindən cərimə meydançasına aparılmış olardı.
Müğənni Vasif Məhərrəmli də yazılanları təksib edib. Onun sözlərinə görə, 940 manatı keçən cərimə miqdarından söhbət belə gedə bilməz.
Əməkdar artist Ədalət Şükürov isə saytların "xəbər xatirinə xəbər yazdıqlarını" deyir. O, dövlət nömrə nişanları olan hər iki avtomobili illər əvvəl satdığını söyləyir.
Meyxanaçı Pərviz Bülbülə də qeyd olunan avtomobili illər əvvəl satdığını deyir.
Məşqçi Kamil Zeynalov isə avtomobilinin həbsdə olduğunu və 14 MMX, 480 manat cərimədən xəbərinin olmadığını deyir. O, yaşayış yerini dəyişdiyindən protokolun səhv ünvana gedə biləcəyini iastisna etmir.
Siyahıda Faiq Ağayev və müğənni İlahə İbadovanın da adı var, amma onların məsələyə münasibətini öyrənə bilmədik.
Milli.Az