Rusiya Futbol İttifaqına növbəti müddətə prezident seçilib. Bu, ölkənin idman naziri Vitali Mutkodu.


RFS prezidenti postu uğrunda mübarizəyə 4 nəfər qatılıb. Lakin Rusiya Peşəkar Futbol Liqasının prezidenti Sergey Pryadkin və Milli Futbol Liqasının rəhbəri İqor Yefremov namizədliyini V.Mutkonun xeyrinə geri götürüb.


Beləliklə, Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayevin bir rəqibi qalıb. Səsvermə nəticəsində idman naziri 266 səs (65 faiz), V.Qazzayev isə 142 səs (35 faiz) toplayıb. ("Report")


Fanat.Az