Braziliyada cinayətkarlar 17 avtobus və 5 məktəb yandırıblar

Braziliyada cinayətkarlar 17 avtobus və 5 məktəb yandırıblar
07:54 2 Oktyabr 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyada mütəşəkkil cinayətkar qrupun üzvləri ölkədə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində Maranyan ştatında 17 avtobus və səsvermə məntəqələrinin fəaliyyət göstərdiyi 5 məktəb yandırıblar.

 

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yerli həbsxanalardan birinin məhbusları tərəfindən koordinasiya olunması ehtimal edilən hücumlarda şübhəli bilinən 30 nəfər saxlanılıb, onlardan 16-sı yetkinlik yaşına çatmayan şəxslərdir. Cinayətkarların qarışıqlıq yaratmaqda məqsədlərinin seçkilərin keçirilməsinə əngəl yaratmaq olduğu bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR