Macarıstan AB-yə "yox" dedi

Macarıstan AB-yə "yox" dedi
18:05 3 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Macarıstanda dünən həyata keçirilən referendumda seçicilərin 98 faizi Avropa Birliyinin 2 il içində ölkəyə 1294 qaçqının yerləşdirilməsi planına "yox" deyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, seçicilərin cəmi 43 faizi səsvermədə iştirak etdiyi üçün referendumun nəticələri qəbul olunmayıb.
 
Baş nazir Viktor Orban AB-yə qarşı çıxaraq, referendumun ciddiyə alınmasının vacibliyini vurğulayıb və nəticələrin konstitusiyada dəyişikliyə səbəb olacağını qeyd edib.
 
Orban referendumda AB-nin planına dəstək veriləcəyi təqdirdə istefaya gedəcəyini açıqlamışdı. Müşahidəçilər səsvermənin qəbul olunmayacağına baxmayaraq, nəticəni Orban üçün zəfər hesab edirlər.
 
Müxalifət isə hökumətin ehtiyacı olan dəstəyi almadığını bildirib.
 
Xatırladaq ki, Macarıstan qaçqın axınını dayandırmaq üçün Serbiya və Xorvatiya sərhədinə sədd çəkib. Bu addım ölkə daxilində dəstəklənsə də, insan haqları qruplarının sərt reaksiyasına səbəb olub. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR