Könül Kərimova gizli burun əməliyyatı etdirib? - FOTO

Könül Kərimova gizli burun əməliyyatı etdirib? - FOTO
14:47 4 Oktyabr 2016
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış ifaçı Könül Kərimovanın gizli burun əməliyyatı etdirdiyi barədə xəbərlər yayılıb.

Milli.Az bildirir ki, big.az-a bu barədə açıqlama verən ifaçı xəbərlərin yalan olduğunu bildirib: 

"Mən etiraf edirəm ki, əməliyyat olunmuşam. Burnumu iki dəfə əməliyyat etdirmişəm, amma təzəlikcə yox".

Yayılan xəbərləri gülüşlə qarşılayan ifaçı bildirib: "İlk əməliiyatımı 1999-cu ildə Gürcüstanda, ikincini isə Bakıda etdirdim. Burnumdan razıyam. Həm əməliyyat etdirsəm, niyə gizli saxlayım ki?! Sadəcə makiyajı düzgün edirəm. Bu gün "Hər şey daxil" verilişində də makiyajmı özüm etmişdim. 3D makiyaj ilə hər bir şeydən istifadə edirsən, amma gizli makiyaj kimi alınır. Xanımlar da makiyajlarına hər zaman diqqət etsələr, yaxşı olar".

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR