Fizika üzrə Nobel mükafatçılarının adları açıqlandı

Fizika üzrə Nobel mükafatçılarının adları açıqlandı
15:03 4 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

İsveç Kral Akademiyası yanında Fizika üzrə Nobel Komitəsi 2016-ci il üzrə mükafatçıların adlarını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sahə üzrə mükafata Dankan Xoldeyn, Maykl Kosterlits və Devid Taule layiq görülüb.

Amerikalı alimlərə Nobel mükafatları “Topoloji faza keçidlərinin və topoloji materiyanın fazalarının nəzəri kəşfi” sahəsində uğurlara görə verilib. Bu il bütün laureatlara 8 milyon İsveç kronu (təxminən 953 min dollar) veriləcək.

Qeyd edək ki, Kimya üzrə mükafat oktyabrın 5-də, Sülh üzrə mükafat oktyabrın 7-də, İqtisadiyyat üzrə müjafat isə oktyabrın 10-da elan olunacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/170900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR