DGK ilə Ukrayna Dövlət Fiksal Xidməti arasındakı protokol təsdiqləndi

DGK ilə Ukrayna Dövlət Fiksal Xidməti arasındakı protokol təsdiqləndi
18:09 4 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana görə,  Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında 2016-cı il iyulun 14-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

 

Dövlət Gömrük Komitəsi bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

 

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərməlidir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR