Kubada qasırğaya görə bir milyonadək adam təxliyə edildi

Kubada qasırğaya görə bir milyonadək adam təxliyə edildi
07:09 5 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Kubada “Metyu” qasırğasının yaxınlaşması səbəbindən 899 mindən çox insan təxliyə edilib.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, evakuasiya əsasən  Kamaquey, Qranma, Las-Tunas, Santyaqo-de Kuba, Olgin və Quantanamo əyalətlərində həyata keçirilib.

 

Məlumata görə, küləyin sürəti saatda 120 km təşkil edir, sahil zolağı boyu daşqınlar müşahidə olunur. Ölənlər və dağıntılar barədə hələlik məlumat yoxdur.  Buna baxmayaraq mülki müdafiə qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.  

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR