Rəsmi Kreml Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT Təhlükəsizlik Şurasında yaydığı bəyanatın ABŞ tərəfindən bloklanmasına münasibət bildirib.
Milli.Az azvision.az-a istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov bu məsələyə, sadəcə olaraq, "Neqativ yanaşırıq" deməklə kifayətlənib.
Tərəflər arasında əməkdaşlığın bərpa olunmasının mümkünlüyünə dair suala Peskov "Bunu amerikalı tərəfdaşlarımızdan soruşmaq lazımdır", - deyə cavab verib.
O əlavə edib ki, Moskva Suriya məsələsində Vaşinqtonla əməkdaşlığa açıqdır və Rusiya hesab edir ki, Suriya Ərəb Respublikasında ABŞ-la qarşılıqlı fəaliyyət olmadan terrorçuluqla effektli mübarizə aparmaq, problemləri həll etmək mümkün deyil: "Lakin əsas problem bizim amerikalı tərəfdaşlardadır".
Milli.Az