BMT-nin yeni baş katibi məlum oldu

BMT-nin yeni baş katibi məlum oldu
10:08 6 Oktyabr 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibinin adı açıqlanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu, Portuqaliyanın sabiq baş naziri Antonio Guterresdir.

Antonio Guterres BMT-nin Qaçqınlar üzrə Ali komissarı vəzifəsini icra edir.

Avropa mediasının diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, Antonio Guterresin BMT-nin yen baş katibi seçilməsi ilə bağlı razılıq əldə olunub.

Məlumatda deyilir ki, Antonio Guterres yeni vəzifəsinə 2017-ci il yanvarın 1-dən başlayacaq.

Xatırladaq ki, BMT-nin hazırkı, sayca səkkizinci baş katibi əslən Cənubi Koreyalı olan Pan Gi Mundur. Səlahiyyətlərinin icrasına 2007-ci il yanvarın 1-dən başlayan Pan Gi Mun bu vəzifədə qanalı Kofi Annanı əvəz edib.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR