Türkiyə Aİ-yə vizasız rejimlə bağlı yeni "yol xəritəsi" təqdim edib

Türkiyə Aİ-yə vizasız rejimlə bağlı yeni "yol xəritəsi" təqdim edib
12:27 6 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Türkiyə vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız getməsi ilə bağlı problemin tənzimlənməsi üçün Ankara "yol xəritəsi" hazırlayıb.
"Report" Habertürk-ə istinadən xəbər verir ki, sənəddə tərəflər arasında antiterror qanunu ilə bağlı fikir ayrılığının da həlli yolu təklif edilib.
İnformasiyaya əsasən, Türkiyə ilə Aİ arasında həll edilməyən 5 kriteriyadan 4-ü razılaşdırılıb. Bu istiqamətdə Avrokomissiya ilə danışıqların aparıldığı və oktyabrın sonunadək uyğun qanunun qəbul ediləcəyinin planlaşdırıldığı bildirilib.
Məlumata görə, rəsmi Ankara antiterror qanunu ilə bağlı Avropa Şurasının baş katibi Turbyor Yaqlandın başçılığı altında danışıqların aparılmasını təklif edib. Xəbərdə bilidirilib ki, Türkiyə belə müzakirənin məhsuldar olacağına və Avrokomissiyadan asılı olmadan aparılacağına əmindir.
Qeyd edək ki, bu ilin mayında Türkiyə vətəndaşlarının Avropa İttifaqına (Şengen zonasına) vizasız gediş-gəlişi ilə bağlı müzakirələr "Ankara bütün tələbləri tam yerinə yetirənə qədər" dayandırılıb.
Avropa İttifaqı bildirmişdi ki, Türkiyə 72 şərtin hamısını yerinə yetirəndən sonra müzakirələrə başlanılacaq. Rəsmi Ankara ilə Aİ arasında əsas problem 5 məsələ ətrafında olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-ai-ye-vizasiz-rejimle-bagli-yeni-yol-xeritesi-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR