Şok kadrlar: gəncin quyruğunu kəsdilər - VİDEO - FOTO

Şok kadrlar: gəncin quyruğunu kəsdilər - VİDEO - FOTO
14:52 6 Oktyabr 2016
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hindistanın Maharaştra ştatındakı Naqpur şəhərində unikal cərrahiyyə əməliyyatı keçirilib.

Milli.Az Metro-ya istinadən bildirir ki, "Super Specialty Hospital"ın cərrahları 18 yaşlı gəncin 18 sm uzunluğundakı quyruğunu kəsib götürüblər. Adı açıqlanmayan bu gənc ömrü boyu quyruğunu gizlədirdi.

"Valideynlərim deyirdilər ki, quyruğun bəxtəvərlik və rifah nişanəsidir. Mən də quyruğu paltarımın altında gizlədirdim. Lakin son vaxtlar quyruq mənə yatmağa və oturmağa mane olurdu", - pasient deyib.

Cərrah Pramod Qirinin dediyinə görə, əməliyyat uğurlu keçib və pasiyent narahatlıq hiss etmir.

"Karyeram ərzində belə anomaliya ilə qarşılaşmamışdım. Məncə, bu gənc insanlar arasında ən uzun quyruğu olan idi", - Qiri söyləyib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR