Aysel Teymurzadənin sevincli günü

Aysel Teymurzadənin sevincli günü
15:05 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni bəxtəvər gününü yaşayır.

Milli.Az bildirir ki, primetime.az-ın əldə etdiyi məlumata görə, ötən gün Azərbaycanı "Eurovision 2009"da təmsil etməsi ilə məşhurlaşan Aysel Teymurzadənin üçüncü övladı doğulub.

Karyerasında fasilə verən sənətçi Bakıdakı özəl xəstəxanaların birində ikinci oğlunu təbii yolla dünyaya gətirib.

Qeyd edək ki, Aysel Teymurzadə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə ailəlidir. Onların indi iki oğlu və qızı var.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR