ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan əməkdar artist Bəsti Sevdiyeva maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, tanınmış muğam ifaçısı ailəsi tərəfindən sənətinə heç vaxt qadağa qoyulmadığını bildirib:
"Qadağalar olmayıb mənə. Bəzi kiçik nüanslar olub ki, ona razılıq verilməyib. Məsələn, bəzi verilişlərə dəvət ediblər, amma evdən razı olmayıblar, mən də getməmişəm. Bəzi verilişlərə getmək istəməyəndə deyirəm ki, Bakıda deyiləm".

Əməkdar artist yeməklərə olan marağından da söz açıb: "Yeməklərlə aram yaxşıdır. Hazırlamağı da çox sevirəm. Hər bir qadın yemək bişirməyi bacarmalıdır. Bir də görürsən, biri çıxır efirə, deyir ki, mən yemək hazırlaya bilmirəm. O söz mənə çatmır. O zaman qadınlıq sözünü götür üstündən. Qadın olasan, bunu bacarmayasan?! Qadına belə şeyi yaraşdırmıram. İnana bilmirəm ki, normal qadın, hansı peşənin sahibi olursa-olsun, bir stəkan çayı süzüb gətirə bilməsin. Elə qadınlar bədbəxtdir. Yazığım gəlir onlara".

Bəsti Sevdiyeva ifalarının Bülənt Ərsoyun ifasına bənzədilməsindən də danışıb:

"Büləntin ifalarını bəyənməmək olmaz. Sənətinə hörmətim var. Onun bir mahnısını da oxumuşam".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əməkdar artist: "Yemək bişirə bilməyən qadın bədbəxtdir" - VİDEO - FOTOƏməkdar artist:

Əməkdar artist: "Yemək bişirə bilməyən qadın bədbəxtdir" - VİDEO - FOTO