Türkiyə futbol yığmasının baş məşqiçisi Fatih Terimin modelyer qızı Buse Terim ana olmağa hazırlaşır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hamiləliyinin 35-ci həftəsində olan Buse əri Volkan Behçekapılı ilə ABŞ-a gedib.
Doğumu orada baş tutacaq Buse hisslərini sosial mediada bölüşüb:
"Bu günə qədər sağlam hamiləlik keçirdim. Ona görə xoşbəxtəm. Buranı ona görə seçdim ki, son günlərimi rahat, sakit keçirim, körpəmi sakitlik içində qucağıma alım. Əminəm ki, mənə haqq verərsiniz. 35-ci həftəni geridə qoyuram. Doğuma 4 həftədən də az qaldığına inana bilmirəm".