Eks-prezident rüşvət aldığını etiraf etdi

Eks-prezident rüşvət aldığını etiraf etdi
09:05 8 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri,  Kosta-Rika Futbol Federasiyasının eks-prezidenti Eduardo Li 1 milyon dollar məbləğində rüşvət aldığını etiraf edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, E.Li futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.
 
2015-ci ildə saxlanılan Eduardo Li ABŞ-a ekstradisiya edilib.
 
Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş vermiş, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR