Barış Mançonun oğlu xəstəxanalıq oldu - foto

Barış Mançonun oğlu xəstəxanalıq oldu - foto
22:16 9 Oktyabr 2016
125 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni Barış Mançonun oğlu, “DJ Manço” ləqəbli Doğukan Manço  emalatxanada dəzgahda iş görərkən xəsarət alıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Doğukan xüsusi qoruyucu eynək taxmadan dəzgah arxasına keçib və xırda metal hissəciklər gözünə batıb.

Dicey dərhal xəstəxanaya yerləşdirilib.

D.Manço hadisə barədə sosial mediada status yazaraq səhv etdiyini bildirib:

“Bir cahillik etdim. Hər zaman qoruyu eynək taxardım, amma bu dəfə eynəyi tapa bilmədim. “10 saniyəlik işim var, heç nə olmaz” deyərək dəzgah arxasına keçdim. Nəticədə gözümdən metal hissəciklər çıxardılar”.

Doğukan digər insanlara qoruyucu olmadan dəzgahda iş görməməyi məsləhət görüb:

“Vəziyyətim yaxşdır, məndən ötrü narahat olmayın. Hər zaman təhlükəsizliyinizə diqqət yetirin. Paylaşdım ki, oxşar hadisə sizin də başınıza gəlməsin”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR