ATV-nin aparıcısını yarış maşını vurdu - açıqlama

ATV-nin aparıcısını yarış maşını vurdu -  açıqlama
10:16 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ötən gün paytaxtımızda keçirilən idman avtomobillərinin yarışı zamanı xoşagəlməz hadisə baş verib.

Axşam.az-ın məlumatına görə, yarış maşınlarından biri yolun kənarında dayanan ATV-nin aparıcı Nərgiz Məmmədovanı vurub. Yerə yıxılan aparıcı ayaqlarından zədə alıb.

Əməkdaşımızla söhbətində Nərgiz hazırda özünü yaxşı hiss etdiyini deyib:

“Hadisədən sonra tibbi təcili yardım kömək etdi, güclü zədə almamışdım. İlk tibbi yardımdan sonra səhnəyə qayıdıb, aparıcılığımı etdim. Xəbəri elə pis formada yaymışdılar ki, “Nərgizi maşın vurub”. Bütün qohumlarım narahat olmuşdu, dünəndən telefonlarım susmur”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR