Türk klublarının 6 futbolçusu millimizdə

Türk klublarının 6 futbolçusu millimizdə
13:17 10 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, oktyabrın 11-dən 13-dək Bakıda, 14-dən 21-ə qədər Serbiyanın paytaxtı Belqradda keçiriləcək təlim-məşq toplanışında 18 futbolçu iştirak edəcək.

 

Bu futbolçular oktyabrın 22-dən 31-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının ilkin seçmə mərhələsində də iştirak edəcək. Heyətdə Türkiyə klublarında çıxış edən 6 oyunçu yer alıb. Bunlardan beşi eyni komandanı “Altınordu”nu təmsil edir: 


Turan Vəlizadə (“Fənərbaxça”, Türkiyə), Məhəmməd Can Tuncer, Şahan Akyüz, Onur Taha Takır, Egehan Gök, Mutlu Aksu Doğan (hamısı “Altınordu”, Türkiyə), Xəqani Sadıxov (“Qarabağ”), Şakir Seyidov, Tahir Zeynalov (hər ikisi “Vətən”), İzzət Muştaqov, Fərid Nadirov, Rüstəm Nuruyev, Vüsal Mustafayev, Məhəmməd Abbaslı, Kamran Quliyev (hamısı “Qəbələ”), Nicat Mehbalıyev (“İnter”), Nail Alışov, Fərid Mahmudov (hər ikisi “Neftçi”).


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turk-klublarnn-6-futbolcusu-millimizd-t53230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR