Türkiyə və Rusiya baş nazirləri yaxın zamanda görüşəcək

Türkiyə və Rusiya baş nazirləri yaxın zamanda görüşəcək
14:27 10 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyə baş naziri Binəli Yıldırım Türkiyə və Rusiya hökumət başçılarının görüşünün yaxın zamanlarda keçiriləcəyini bildirib.
"Report" xəbər verir ki, o, bununla bağlı "Sputnik" agentliyinə müsahibəsində deyib.
"Yaxın zamanda Rusiya baş naziri Dmitri Medvedevlə görüş keçirəcəyik. Biz telefon danışığı zamanı müvafiq qərarları qəbul etmişik. Rusiya ilə əlaqələri inkişaf etdirmək üçün hərtərəfli addımlar atırıq. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Bu, mərhələli prosesdir, hər şeyi bir günə bərpa etmək mümkün deyil. Ancaq proses gözlədiyimizdən daha sürətli hərəkət edir", - deyə B.Yıldırım bildirib.
O, görüşün hazırlanması üzrə texniki işlərin getdiyini vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR