Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkələrdə yazılan tənqidlərdən gileylənib.
Axşam.az-ın məlumatına görə, İTV-nin radiosunda qonaq olan müğənni qızı Aynişan üçün yazılan bir şərhdən danışıb:
“Aynişan “Eurovision”ın seçim turlarında iştirak edən zaman ona bir status yazmışdılar: “Bu, Azərbaycanı anasının uzun ətəkləri ilə təmsil edəcək?”. Bu müsabiqəyə gedəndə mütləq qısa geyinmək lazımdır? Axı ora gedib qısa geyinəni də biabır edirsiniz. Müasirlik qısa geyinməkdir? İndi elə bilirlər ki, mən uzun geyindiyim üçün müasir deyiləm. Demək istəyirəm ki, müasirin də müasiriyəm”.