Kukla Teatrında “Qırmızı papaq” tamaşasının premyerası keçiriləcək

Kukla Teatrında “Qırmızı papaq” tamaşasının premyerası keçiriləcək
17:07 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında balacaların sevimli nağıllarının müəllifi Şarl Perronun məşhur “Qırmızı papaq” əsərinin premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, klassik nağıl nümunəsini teatrın baş rejissoru Qurban Məsimov səhnələşdirib. 
Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Teatrın 85 illik yubileyi münasibətilə hazırlanan tamaşanın premyerası oktyabrın 21-də, saat 14.00-da olacaq.
Quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar artist Vüqar Camalzadə olan tamaşada əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Elmira Hüseynova, Rəhilə İbadova, Cavid Telman, Elnur Xəlilov, Aygül Ağayeva, Samirə Nəcəfova, Sona Quliyeva, Vüsal Hüseynov və Araz Həsənov canlandırırlar. 
Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, əməkdar artistlər Tünzalə Ağayeva, Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/kukla-teatrinda-qirmizi-papaq-tamasasinin-premyerasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR