“VAZ” ağaca çırpıldı; sürücü öldü

“VAZ” ağaca çırpıldı; sürücü öldü
06:59 12 Oktyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada yol qəzası baş verib, ölən var. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:19 da başa çatıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR