Xalq artisti gizlinləri açdı: “Pula görə bunu elədim” - MÜSAHİBƏ VİDEO

Xalq artisti gizlinləri açdı: “Pula görə bunu elədim” - MÜSAHİBƏ VİDEO
15:48 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

500-dən artıq mahnı, 7 simfoniya müəllifidir. Musiqiləri nəinki Azərbaycanda, qardaş Türkiyədə də çox məşhurdur. Amma bu qədər populyar olmasına rəğmən az-az görünür.

Xalq artisti, tanınmış bəstəkar, bir çox hitlərin müəllifi Oqtay Rəcəbovdan söhbət gedir. Hardadır, niyə görünmür?

Vaxtını daha çox yaradıcılığa həsr etdiyini deyən bəstəkarın Publika.az-a müsahibəsini təqdim edirik.

- Oqtay müəllim, bəzi həmkarlarınızdan fərqli olaraq, sizi nə tədbirlərdə görə bilirik, nə də efirlərdə. Dəvət etmirlər, yoxsa özünüz getmirsiniz?

- Səbəbkar özüməm. Gün olur ki, üç verilişə dəvət alıram, amma imtina edirəm, heç birinə getmirəm.

- Niyə, nə xoşunuza gəlmir ki?

- Mən akademikəm, kifayət qədər tanınmış bəstəkaram, titullarımı sadalamaqla bitmir, hər verilişə çıxmıram, hər çağırılan yerə getmirəm. Mənim üçün keyfiyyət çox önəmlidir. Bir də görürsən musiqidən başı çıxmayan adamları gətirib yığıblar verilişə, onlar da ağızlarına gələni danışırlar. Dərd burasındadır ki, musiqidən də yox e, ağızlarına nə gəldi, ondan danışırlar. Keyfiyyətli musiqi qalıb bir qıraqda, səhərdən axşama qədər eyni müğənnini göstərib, eyni mahnını səsləndirirlər. Bəstəkar qalıb bir qıraqda, nə sifariş verən var, nə də oxuyan. Oxuyanların da başı qarışıb ailə-məişət söhbətlərinə, qalmaqallara. Keyfiyyətli aparıcı da yoxdur. Mən zamanında “Məktəblilərin musiqi klubu” adlı veriliş aparmışam. Məqsədim də xalq musiqi mədəniyyətini təbliğ etmək idi. İndi biabırçılıqdır.

- İndiki bəstəkarların yaradıcılığını izləyirsiniz? Onların arasında bəyəndikləriniz varmı?

- Əlbəttə var. Firəngiz Əlizadə, Azər Dadaşov...

- Mən heç olmasa orta nəsil bəstəkarları nəzərdə tuturam...

- Bəstəkarlar var, amma onları xarici ölkələrə çıxarmaq lazımdır. Demirəm e, çıxaraq xarici gəzib gəlsinlər, əsərlərini dünya tanısın. Azərbaycanda bəstəkarlıq məktəbi var, sadəcə olaraq bu məktəbin yetirmələrinin xarici ölkələrə çıxması üçün şərait yaratmaq lazımdır. Bəstəkar malını bazara çıxarmalıdır, bunun üçün şərait olmalıdır.

- Bəs mahnı yazan bəstəkarlar, onların yazdıqları qənaətbəxşdir?

- Bir mahnıya qulaq asıram, axıra çatanda əvvəli yadımdan çıxır. 1978-ci ildən ta bu yana elə təkcə “Necə unudum səni” adlı mahnım Türkiyənin 28 ən məşhur müğənnisi tərəfindən oxunub. Bu gün də sevilə-sevilə ifa olunur. Mahnı sərhədləri aşıb, xarici ölkələrə çıxıb.

- Zamanında musiqiləriniz məşhur müğənnilərimizin ifasında tanınıb, sevilib. Onların çoxu artıq dünyasını dəyişib. Bəs bu gün hansı müğənniyə mahnılarınızı ürəklə verərdiniz?

- Müslüm Maqomayev, Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva, Mirzə Babayev kimi oxuyan hanı? Mirzə Babayev “Zəfəran”ı oxuyanda ruslar ayağa durub onu alqışlayıb, bərabər oxuyurdu. İndi onlar səviyyəsində müğənnilər yoxdur. İndiki müğənnilər toy tutmaq üçün mübarizə aparır.

- Vaxtilə bizim ustad sənətkarlarımız da toylara gedib, amma onları qınamırdılar?

- Əlbəttə, toy lazımdır. Sənətçi toyda püxtələşir. Digər tərəfdən müğənni dolanmalıdır, ailəsini saxlamalıdır, yeməlidir, geyinməlidir. Amma toyxana mahnıları ilə yanaşı, keyfiyyətli musiqilər də yaratmalıdır axı. Vaxtilə bədii şuralar vardı, yığışırdı peşəkarlar və səviyyəli mahnıları seçirdilər. Qorxumuzdan əsirdik ki, görən mahnılarımızı bəyənəcəklər? Mahnı bəstələyirdik. Biz də dolanırdıq, oranjeman edən də.

- İndi niyə qazanmırsınız ki? Bu gün bəstəkarlar bir mahnı üçün 5-6 min qiymət oxuyur...

- İnanmıram. Çünki indi müğənnilərin çoxu özü yazır, özü bəstələyir. Özü də oxuyur. Yalnız oranjemana pul verirlər. Bir çoxları da köhnə mahnıları götürüb yeni oranjemanda oxuyurlar. Mən bu yaxınlarda bəstəkar Nailə Mirməmmədlinin mahnılarını “Musiqi antologiyası”na daxil edəndə, ondan soruşdum ki, niyə yeni mahnılar yazmırsan? O da müğənnilərin mahnı sifariş verməməsindən şikayətləndi.

- Bəzi müğənnilər var ki, bəstəkar qalır qıraqda, repertuarına daxil etdiyi mahnıların başqaları tərəfindən oxunmasına qadağa qoyur. Sizcə, onlar nə dərəcədə haqlıdır?

- Qətiyyən haqlı deyillər. Bir vaxtlar Nadir Qafarzadə “Anam mehribanım, Azərbaycanım” mahnımı oxumuşdu. Özü də məndən icazə almadan. Eşitdiyimə görə İlhamə Quliyeva onu sıxma-boğmaya salmışdı ki, niyə mənim repertuarımdan olan mahnını oxuyursan. Mən də efirə çıxıb dedim ki, mahnı mənimdir, İlhamə Quliyevanın yox. Bununla da söhbət bağlandı.

- Nadirin ifası xoşunuza gəlmişdi?

- Pis oxumayıb. Mən demirəm onlar pis oxuyur, yox, özlərinə məxsus şəkildə oxuyurlar. Sadəcə olaraq demək istəyirəm ki, əvvəlkilər kimi dünya səviyyəsinə çıxacaq müğənnilər deyil. İstər Nadir Qafarzadə olsun, Röya, ya başqaları...

- Onlar sizdən mahnı istəsələr, verərsiniz?

- Lap havayı da verərəm. Mahnı yaşamalıdır. Mənə müraciət etsinlər, onlara istədikləri mahnıları verim. Gedib oranjeman etdirsinlər, çörək qazansınlar.

- Sizcə, mahnının populyar olmasında bəstəkarın rolu böyükdür, yoxsa müğənninin?

- Əslində bəstəkar bəstələyir, ifaçı oxuyur, verilir dinləyicinin ixtiyarına. Əsas olan təbliğatdır. Bir mahnını müğənni səhərdən axşama qədər oxusun, efirdə səslənsin, əlbəttə insanlar sevəcək. Yaxşı musiqini təbliğ etmək lazımdır.

- Olub ki, yaxşı qonorar müqabilində ürəyiniz istəmədiyi halda mahnı yazmısınız?

- Olub. Sovet dövründə “Lenin baba”ya görə yaxşı pul vermişdilər. Pula görə bunu elədim. Ümumiyyətlə, sovetlər dönəmində bəstəkarlar yaxşı dolanırdı. Bir mahnıya görə 300-5000 manat alırdıq, sonra həmin mahnı efirdə səslənirdi, telekanallardan da bizə əlavə 1000 manata qədər qonorar yığılırdı.

- Bu qədər sevilən mahnılarınız var. Bəs özünüz hansı mahnınızı daha çox bəyənirsiniz, dinləyəndə ürəyinizdən tikan çıxır?

- Valideyn əslində ən zəif, xəstə övladını daha çox istəyir. Mən də ən zəif mahnımı daha çox sevirəm. Bəlkə də başqaları o mahnını hit hesab edir, amma mənim üçün zəif mahnı sayılır. Yaxud da başqalarının xoşuna gəlmir, amma mənim üçün o mahnı ən gözəl mahnı sayılır. Vaxtilə yazdığım “Zəfəran” mahnısını uzun müddət heç kim oxumadı. Bir gün Mirzə Babayev bizə gəlmişdi, ona bir neçə mahnı təqdim etdim, bəyənmədi. Qəfildən yadıma düşdü ki, “Zəfəran” adlı bir mahnım da var. Gətirdim verdim, heç ağlıma da gəlməzdi ki, bu mahnını bəyənəcək. Oxudu və çox xoşuna gəldi. O mahnı dillər əzbərinə çevrildi, indi də sevilir.

- Bəs hansı mahnınızı tez-tez zümzümə edirsiniz?

- Gənclik illərimdə yazdığım “Necə unudum səni”ni. Əslində ünvanlı bir mahnıdır. Cavanlıqda həvəslənib yazmışam. “İndi günah nə səndədir, nə məndə”, “Zəfəran” - coxdu zümzümə etdiyim mahnılar.

- Mahnı yaradıcılığınızla bağlı həm də 7 simfoniyanın və digər irihəcmli klassik əsərlərin də müəllifisiniz. Davamı varmı?

- Bu yaxınlarda “Atatürk” operasını bitirmişəm. Maliyyə olsa, Opera və Balet Teatrında səhnələşdiriləcək.

Cəvahir Səlimqızı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yadplanetlilərin tikdiyi deyilən piramidaların sirri ortaya çıxdı - FOTOLAR

25 Sentyabr 2017 13:48

Orxan Sadıqlını meydan qovan hakim "Qarabağ" üçün gəlir

25 Sentyabr 2017 13:47

Yevlaxda silahlı insident olub

25 Sentyabr 2017 13:47

Rusiyada dünya çempionunu öldürən Anar barədə POLİSDƏN GÖZLƏNİLMƏZ ADDIM - VİDEO

25 Sentyabr 2017 13:43

Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki

25 Sentyabr 2017 13:40

Hər səhər acqarına bir stəkan için

25 Sentyabr 2017 13:35

İngiltərədə imama hücum etdilər

25 Sentyabr 2017 13:33

Bu həftə ABŞ dollarının məzənnəsinə təsir edəcək açıqlamalar gözlənilir

25 Sentyabr 2017 13:32

Gürcüstanın Borjomi bölgəsində yanğın lokallaşdırılıb

25 Sentyabr 2017 13:32

Gəncədə avtomobil qadını ərinin gözləri qarşısında vuraraq öldürüb

25 Sentyabr 2017 13:32

"Fənərbaxça"- "Beşiktaş" oyununun hakiminə AĞIR CƏZA

25 Sentyabr 2017 13:29

"Windows" istifadəçilərinə xəbərdarlıq edildi

25 Sentyabr 2017 13:29

UEFA "Qarabağ" - "Roma" oyununa təyinatları açıqladı

25 Sentyabr 2017 13:27

Tehrandan kürd muxtariyyətinə ZƏRBƏ

25 Sentyabr 2017 13:23

Yevlaxda xəstəxanaya düşən şəxsin narkotik oğurlayarkən güllələndiyi məlum olub

25 Sentyabr 2017 13:22

Hindistanda fabrikdə yanğın olub, 8 ölü, 25 yaralı var

25 Sentyabr 2017 13:22

ATƏT PA-nın rəsmisi məcburi köçkünlərlə görüşüb

25 Sentyabr 2017 13:19

Yaşlanma və qırışlar əleyhinə ən yaxşı 4 İÇKİ

25 Sentyabr 2017 13:18

"Qarabağ" - "Roma" matçının hakimləri açıqlanıb

25 Sentyabr 2017 13:17

AFFA "Bakılı" və "Şahdağ"la bağlı qərar verdi

25 Sentyabr 2017 13:17

"Qalatasaray" gözlənilməz dönüş etdi

25 Sentyabr 2017 13:17

Sürücü maşınla divar arasında qalıb öldü - ABŞERONDA

25 Sentyabr 2017 13:14

Nasist partiya parlamentdə

25 Sentyabr 2017 13:14

“Artıq zəmin hazırlanıb” - Ankaradan müharibə XƏBƏRDARLIĞI

25 Sentyabr 2017 13:13

Rusiyanın ən kriminal regionları açıqlanıb

25 Sentyabr 2017 13:07

Faiq Ağayevdən sərt reaksiya

25 Sentyabr 2017 13:06

Allahşükür Paşazadə İstanbulda - FOTO

25 Sentyabr 2017 13:04

Ömürlük məhbusların şərti azadlığa buraxılması üçün YENİ QAYDA

25 Sentyabr 2017 13:03

Bakı Ali Neft Məktəbinin 18 məzunu “Azneft”də işlə təmin edilib

25 Sentyabr 2017 13:02

Ailəsini qətl edən şəxs: "Sanki özüm deyildim"

25 Sentyabr 2017 12:59

XƏBƏRDARLIQ: Temperatur bir qədər də enəcək

25 Sentyabr 2017 12:59

30 nəfəri öldürüb yeyən ƏR-ARVAD ƏLƏ KEÇDİ: 18 illik cinayətin DƏHŞƏTLİ DETALLARI

25 Sentyabr 2017 12:58

Türkiyə XİN ölkə vətəndaşlarını İraqın şimalını tərk etməyə çağırıb

25 Sentyabr 2017 12:57

Türkiyənin baş naziri: “Referendum”un barış və sabitliyə heç bir təsiri olmayacaq”

25 Sentyabr 2017 12:57

Azərbaycan Mərkəzi Bankı 100 mln. manat cəlb edib

25 Sentyabr 2017 12:57

Bərdədə 6 yaşlı uşaq poliklinikada ölüb

25 Sentyabr 2017 12:57

Ermənistanda rus dili xarici dil statusu alıb

25 Sentyabr 2017 12:57

Azərbaycanda narkomanlar həbs edilməyəcək

25 Sentyabr 2017 12:53

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

25 Sentyabr 2017 12:52

Azərbaycan Premyer Liqasında mövsümün ilk və 50-ci qollarının müəllifi eyni futbolçu olub

25 Sentyabr 2017 12:52

Bakıda müğənninin qətl törətməkdə təqsirləndirilən atasının məhkəmə istintaqı başa çatıb

25 Sentyabr 2017 12:52

Ömürlük məhbuslara güzəşt tətbiq ediləcək - AZƏRBAYCANDA

25 Sentyabr 2017 12:49

Çində yanğın dəhşəti: 11 nəfər öldü

25 Sentyabr 2017 12:48

“CinemaPlus”da Azərbaycan Gənclər Film Festivalı keçiriləcək

25 Sentyabr 2017 12:47

Qlobal maliyyə bazarlarında riskə meyllilik pik həddə çatıb

25 Sentyabr 2017 12:47

300 milyon insanın ziyarət etdiyi abidə - FOTO

25 Sentyabr 2017 12:43

Narkomanlar cinayət məsuliyyətindən azad olunur

25 Sentyabr 2017 12:43

Azərbaycanda 12 yaşlıq qız: "Məktəbin ayaqyoluna apardı və..."

25 Sentyabr 2017 12:41

İstanbulda Allahşükür Paşazadə və Mübariz Qurbanlının iştirakı ilə beynəlxalq konfrans keçirilir

25 Sentyabr 2017 12:37

İsveçrədə tibbi dronlar şəbəkəsi işə salınacaq

25 Sentyabr 2017 12:35