Xalq artisti Arif Quliyev 5 saat liftdə qalmalı olub.
Axşam.az ATV-yə istinadən xəbər verir ki, gecə saatları olduğundan çağırışları da fayda verməyib.
Başına gələn bu hadisədən sonra onda liftə minmək qorxusu yaranıb. O vaxtdan Arif Quliyev lifin qapısına belə yaxınlaşmır. Hətta 20-ci mərtəbəyə qalxmalı olsa belə...
Mütəxəssis deyir ki, təyyarədən qorxmaq, liftə minməmək, yüksəklikdən baxa bilməmək təkrarlanan qorxular sırasındadır. Bu qorxular ağır xəstəlik olmasa da, müalicə olunmasa digər fəsadlar yarada bilər.