Moskvada Azərbaycan vətəndaşına qarşı quldurluq edilib

14:57 5 Yanvar 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 14:54 ]

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Azərbaycan vətəndaşına qarşı quldurluq edilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın cənubunda baş verib.

 

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə əyləşən 4 nəfər sərnişindən biri əlindəki qaz balonunu Azərbaycan vətəndaşının gözünə püskürdüb. Sürücü özünü avtomobildən yerə atıb. Dəstə üzvləri avtomobili qaçıraraq hadisə yerindən uzaqlaşıblar.
 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR