Holli Haqan, Sofi Kasayi və Xlo Ferri...
MTV telekanalındakı "Geordie Shore" realiti-şousunun bu ulduzları, model və aktrisalar Maqaluf, İbisa, Ayya-Napa və Kavos kurortlarındakı gecə klublarında, restoranlarda və dansinq-hollarda sərxoş vəziyyətdə əylənmələri, içib yıxılmaları, paltarlarını çıxararaq lüt qalmaları ilə "ad çıxarmışdılar".
Milli.Az The Sun-a istinadən bildirir ki, bu qalmaqallı trio dünən Londonda, Temza çayındakı yaxtalardan birində təşkil olunan partiyə qatılıb.
Partidə realiti-şounun digər iştirakçıları Aaron Çalmers, Marti MakKenna, Qeri Bedli, Natan Henri, Kayl Kristi, Skotti Ti də vardılar.
Milli.Az