Almaniya Rusiyanı hədələdi: "Cavabımız çox sərt olacaq"

Almaniya Rusiyanı hədələdi: "Cavabımız çox sərt olacaq"
23:24 13 Oktyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

“Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”. APA-nın  Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

 

O, AŞPA-nın iclası zamanı İngiltərə nümayəndə heyətinin üzvü Mark Pritçardın alyansa üzv olan dövlətlərdən birinə qarşı, konkret olaraq Rusiya tərəfindən, silahlı hücum olarsa, NATO-nun buna reaksiyasına dair sualını da cavablandırıb.

 

Nümunə kimi Rusiyanı göstərən M. Pritçard alyansın nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamağın vacibliyini vurğulayıb.

 

“Mən bu suala qısa cavab verəcəm. Bizim buna reaksiyamız sərt olacaq”, - deyə, F. Ştaynmayer sualı belə cavablandırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR