Aybəniz Haşımova əməliyyat olundu - FOTO

Aybəniz Haşımova əməliyyat olundu - FOTO
09:57 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"İnşallah, bir-iki günə, yəqin ki..."

Primetime.az xəbər verir ki, ötən gün əməkdar artist Aybəniz Haşımova əməliyyat olunub. Respublika Müalicə Diaqnostika Mərkəzində əməliyyat olunan sənətçinin hazırda vəziyyət yaxşıdır. Bu barədə müğənninin özü belə məlumat verib: "Öncə bu çətin imtahanımda sağlığım üçün dua edənlər, hər birinizə ayrı-ayrılıqda, əbədi olaraq sevginizin qarşısında baş əydiyimi bildirmək istəyirəm.

Məni bu gün sizə yenidən bəxş edən uca Allahıma və Mərkəzi Diaqnostikanın baş həkiminə, məni əməliyyat edən yüksək dərəcəli cərraha, bütün cərrahiyə şöbəsinin əməkdaşlarına, artıq neçə gündür sağlamlığıma görə narahat qalan sənət və ailə dostlarıma, zəng edib əhvalımı xəbər alanlara demək istəyirəm ki, Allah sizi mənə çox görməsin. Nə yaxşı ki, həyatımdasınız.

Allah bir də sizi mənimlə belə bir imtahana çəkməsin. Çox şükür, artıq özümü yaxşı hiss edirəm. Hətta axşam tək başına, kömək istəmədən ayağa qalxıb, yerimişəm. İnşallah, bir-iki günə, yəqin ki, bütün ağrılarımı tam unudaram. Sizi çox sevirəm, əziz xalqım. Əməliyyata qaldırılanda son sözüm bu oldu, mən sizi çox sevirəm, əziz xalqım. Bunu bilmənizi istəyirəm".

Qeyd edək ki, müğənninin nədən əməliyyat olunduğu gizli saxlanılır.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR