Aybəniz Haşımova əməliyyat olundu - foto

Aybəniz Haşımova əməliyyat olundu -  foto
10:41 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Aybəniz Haşımova əməliyyat olunub.

Axşam.az-ın məlumatına görə, müğənni hazırda özünü yaxşı hiss etdiyini bildirib.

O, çətin anında yanında olan hər kəsə təşəkkürünü bildirib:

“Bu çətin ömür imtahanımda mənə dua edən hər kəsə təşəkkür edirəm. Məni bu gün sizlərə bəxş edən Allahıma və həkimlərimə "sağ ol" deyirəm. Özümü çox yaxşı hiss edirəm, hətta axşam heç kimdən kömək istəmədən ayağa qalxıb yerimişəm. İnşallah, bir neçə günə ağrılarımı tam unudaram. Əməliyyata qaldırılanda son sözüm bu oldu: mən sizi çox sevirəm, əziz xalqım".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR