Silahlı Qüvvələrə Yardım Fondunun manatla vəsaiti 60 milyonu ötüb

Silahlı Qüvvələrə Yardım Fondunun manatla vəsaiti 60 milyonu ötüb
15:12 5 Yanvar 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti son bir ayda 1 milyon 407 min 22 manat artıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Yanvarın 1-i 2015-cü il tarixinə olan vəziyyətə görə, Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı hesabındakı vəsait 60 603 102 manat, ABŞ dolları hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Artım yalnız manat hesabında olub. Dollar və avro hesablarına vəsait daxil olmayıb.

Qeyd edək ki, 2014-cü il ərzində bu artım 9 848 588 manat təşkil edib.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR