Kanal D-nin reytinqli serialı haqda açıqlama

Kanal D-nin reytinqli serialı haqda açıqlama
10:01 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Kanal D-nin yeni və reytinqli serialı "Babam ve ailesi"nin çəkiliş meydançasında gərgin anlar yaşandığı barədə xəbərlər yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rollarında Bülent İnal, Ceyda Düvenci və Ayça Bingölin çəkildiyi ekran işində rejissor Nihat Durak və aktyorlar arasında mübahisələr yarandığı iddia edilir.

Serialı çəkən "Gold Film" yazılı açıqlama yayaraq baş verənləri təkzib edib:

"Bu xəbərlər tamamilə əsassızdır. Nihat Durak, yaradıcı heyət və aktyorlar arasında hər hansı problem yoxdur. Çəkilişlər öz sürəti ilə davam edir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR