Müstəqillik günü ilə bağlı dövlət başçısına təbriklər gəlib

Müstəqillik günü ilə bağlı dövlət başçısına təbriklər gəlib
19:04 18 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

 

Qırğız respublikasının prezidenti Almazbek Atambayev prezident İlham Əliyevi  Azərbaycan Respublikasının Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə təbrik edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qırğızıstanda qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə böyük önəm verir.

Əminəm ki, Qırğızıstan-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.

 

Həmçinin, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov, Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski, “Russneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Mixail Qutseriyev, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev də prezident İlham Əliyevə Azərbaycan müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə təbrik ünvanlayıb. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR