2004-cü il. Moskvada Ümumrusiya Azərbaycan Konqresinin II qurultayı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin qurultayda iştirak ediblər.
1469-cu il. Araqon kralı II Ferdinand Kastiliya kraliçası İzabella ilə evlənərək İspaniyanın birləşdirilməsi prosesinin təməlini qoyub.
1813-cü il. Napoleon müharibələrinin ən qanlı döyüşlərindən olan üçgünlük Leypsiq vuruşması başa çatıb. Ümumilikdə yarım milyondan çox əsgərin qatıldığı döyüş I Napoleonun məğlubiyyəti ilə başa çatıb.