Narkotik satarkən yaxalandı

Narkotik satarkən yaxalandı
13:34 19 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Astara rayon sakinindən külli miqdarda narkotik götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəndəsər kənd sakini, əvvəllər məhkum olunmuş Rauf Qurbanov 41,25 qram marixuananı satarkən tutulub. Onun evinə baxış zamanı isə oradan 3 kiloqram 601,25 qram marixuana da aşkar edilərək götürülüb.

 

 

Araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR