"Əli və Nino" filminin Tbilisidə premyerası keçiriləcək

"Əli və Nino" filminin Tbilisidə premyerası keçiriləcək
09:47 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə "Əli və Nino" bədii filminin premyerası olacaq.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ekran əsəri tbilisili tamaşaçılara oktyabrın 23-də təqdim olunacaq. 
Qeyd edək ki, “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi "Akademi Avard" mükafatı laureatı Kristofer Hemptondur.
Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbətindən bəhs edir. Ekran əsəri 2015-ci ildə çəkilib. Çəkilişlər Bakıda tarixi İçərişəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılıb.
Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar çəkiliblər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/eli-ve-nino-filminin-tbiliside-premyerasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR