Bakıda gecəyarısı beş nəfər...

Bakıda gecəyarısı beş nəfər...
11:09 23 Oktyabr 2016
121 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakıda liftdə qalmış 5 nəfər xilas edilib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:16-da başa çatıb.​

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR