Abşeron rayonunda piyadanı vuran avtomobilin sürücüsü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 21-də saat 19 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini 78 yaşlı Nəsib Mustafayev vurulub. Xəstəxanaya gətirilmiş piyada orada ölüb.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Geely” markalı avtomobilin sürücüsü - rayon sakini Əbülfəz Rüstəmov saxlanılıb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.