"Ay Yapım"ın çəkdiyi "İçerde" serialına yeni aktyorlar daxil olacaq.
Milli.Az axşam.az-a istinadən bildirir ki, yeni mövsümün ən reytinqli serialının bugünkü seriyasında Cəlal (Çetin Tekindor) və Yusif (Mustafa Uğurlu) obrazları arasındakı ədavətin səbəbləri göstəriləcək.
"Flashback" (keçmişə qayıdış) səhnələrində M.Uğurlunun obrazının gəncliyini oğlu Yunus Uğurlu, Ç.Tekindorun həmin vaxtlarını isə Orçun Koray Kayqusuz canlandıracaq.
Milli.Az