"Artıq səbrim çatmır, ərə getmək istəyirəm"

"Artıq səbrim çatmır, ərə getmək istəyirəm"
10:46 26 Oktyabr 2016
90 Şou
Ölkə mətbuatı
A- A+

Model Miranda Kerr ikinci dəfə ərə getməyə hazırlaşır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bir müddətdir sevgili olduğu 26 yaşlı milyarder Evan Şpigellə ailə quracaq.

33 yaşlı model Evanın ona evlilik təklif etdiyi an haqda danışıb:

"Hər şey gözlənilmədən oldu. O, dedi ki, birinci və axırıncı dəfə diz üstə çöküb evlilik təklif edirəm. Mən xoşbəxtlikdən əsirdim. Artıq gözləməyə səbrim çatmır, ərə getmək istəyirəm. Biz ayrı sahələrdə olsaq da, mən hər şeyi onunla məsləhətləşləşirəm".

M.Kerr toyun 2017-ci ildə baş tutacağını deyib.

Qeyd edək ki, model bundan əvvəl aktyor Orlanda Blumla evli olub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR